Yuxarı

Ekspert: "SOCAR-ın istiqrazları tədricən bahalaşa bilər"

Azərbaycan manatının dəyərdən düşməsi ehtimalı yüksək olduğu üçün istiqrazlara maraq artacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları tədricən bahalaşa bilər. Bunu "Report"a açıqlamasında "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-nin analitiki Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Azərbaycan manatının dəyərdən düşməsi ehtimalı yüksək olduğu üçün xarici valyutada, o cümlədən ABŞ dollarında olan maliyyə alətlərinə maraq yüksək olacaq. Bu isə illik 5% gəlir vəd edən SOCAR istiqrazlarının perspektivini artırır. Digər tərəfdən isə istiqrazların təkrar bazarda asanlıqla realizə edilməsi, SOCAR-ın sabit şəkildə faiz ödəməsi dövlətə məxsus maliyyə alətlərini qiymətə mindirə bilər.

"Hazırda Azərbaycan bankları dollar əmanətlərinə görə orta hesabla 3%-dən artıq dividend ödəmir. Bazardakı vəziyyətdən asılı olaraq faiz dərəcəsi 1-2%-ə də düşə bilər. O zaman SOCAR istiqrazlarını əldə etmək investorlara sərfəli olacaq və 101-102%-lə onların realizə edilməsi mümkündür", - deyə C.İbrahimli qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi