Yuxarı

Ekspert: "Dövlət borcunun idarəolunması üzrə strategiyadakı risk təhlili borc dayanıqlılığını təmin edəcək"

Bakı. 21 may. REPORT.AZ/ "Azərbaycan dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyada risk təhlili yer alacaq. Bu da gələcəkdə borc dayanıqlılığın təmin olunmasına xidmət edəcək".

“Report”un verdiyi xəbərə görə, bu barədə Analitik hesabatlar və icmallaşdırma sektorunun aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə fiskal risk mənbələri üzrə Azərbaycanda cari vəziyyətlə bağlı məqaləsində məlumat verib.

"Hazırda Azərbaycanın büdcə qanunvericiliyində büdcə riski, büdcə riskinin qiymətləndirilməsi və idarə olunması ilə bağlı hüquqi əsaslar müəyyən olunmayıb. Lakin, son illər ərzində, əsasən son iki ildə büdcə qanunvericiliyində institutsional dəyişikliklərlə bağlı mühüm addımlar atılıb. Xüsusilə, ölkə prezidentinin “2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanının ayrı-ayrı bəndlərində institutsional dəyişikliklərlə bağlı tapşırıqlar qoyulub. Burada dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydaların,fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin hazırlanması nəzərdə tutulur ki, bu mexanizmlərin təsdiq edilməsi nəticəsində fiskal risklərə qarşı fiskal imunitet daha da güclənəcək", - o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi