Yuxarı

Ekspert: Azərbaycanda dollar üçün məzənnə dəhlizi müyyənləşdirilməlidir

Cavanşir Abdullayev: Yaxud da hökumət hedcinq fondu yaratmalıdır

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycandakı kommersiya banklarında hazırda 2 mlrd. dollardan artıq həcmdə valyuta resursları mövcuddur. Bu ehtiyatların iqtisadiyyata cəlb edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən müəyyən məzənnə dəhlizi müəyyənləşdirilməlidir.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib: "Ya hökumət hedcinq fondu yaratmalıdır ki, banklar həmin valyuta resurslarını manata çevirib real sektora yönəldə bilsin, ya da məzənnə üçün müəyyən dəhliz açıqlanmalıdır".

"Mərkəzi Bank dekabr ayından bu yana dolların məzənnəsini 1,50-1,60 AZN/USD arasında saxlayır. Yaxşı olar ki, rəsmi olaraq müəyyən dəhliz müəyyənləşdirilsin. Dəhliz verilsin və insanlar əmin olsun ki, məzənnə bundan yuxarı olmayacaq və dollarını manata çevirsinlər. Ya da hedcinq fondu yaradılsın ki, banklar dollarını manata çevirə bilsin. İkisindən birini həyata keçirməyi hökumətə tövsiyə etmişik", - deyə C.Abdullayev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi