Yuxarı

Əksər fond indeksləri artıb

Avronun dollara qarşı məzənnəsi isə 1,1376-ya çatıb

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksində 1,76% artım müşahidə edilib və 17 666,40 bənd təşkil edib. S&P 500 1,44% artaraq 2 050,03 bəndə, Nasdaq isə 1,09% bahalaşaraq 4 727,74 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 3-də FTSE 100 indeksi 1,32% artaraq 6 871,80 bəndədək, Almaniya DAX-ı 0,58% bahalaşaraq 10 890,95 bəndədək qalxıb. Fransa CAC-40-ı isə 1,09% artaraq 4 627,90 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,92% ucuzlaşaraq 1 269,40 dollara düşüb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1376 (+0,6%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi