“Ekolizinq” aktivlərini 2 dəfə artırıb

“Ekolizinq” aktivlərini 2 dəfə artırıb Bakı. 7 noyabr. REPORT.AZ/ “Ekolizinq” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 4,736 mln. manat təşkil edib.
Maliyyə
7 Noyabr , 2018 11:11
“Ekolizinq” aktivlərini 2 dəfə artırıb

Bakı. 7 noyabr. REPORT.AZ/ “Ekolizinq” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 4,736 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2 dəfə çoxdur.

“Ekolizinq”in aktivlərinin 4,459 mln. manatını maliyyə lizinqi üzrə investisiyalar təşkil edib. Ötən il şirkətin lizinq portfeli 2,1 dəfə böyüyüb.

Hesabat dövründə “Ekolizinq”in cəmi öhdəlikləri 2,2 dəfə artaraq 3,806 mln. manata, cəmi kapitalı isə 49,5% artaraq 930 min manata çatıb.

2017-ci ildə “Ekolizinq”in maliyyə lizinqi üzrə gəlirləri 541 min manat (2016-cı ilə nisbətən 26,7%), maliyyə lizinq üzrə xərcləri 215 min manat (9,1% çox), komisyon haqları üzrə gəlirləri 69 min manat (təxminən 5 dəfə çox), xarici valyutanın məzənnəsinin dəyişməsindən gəliri 12 min manat (əvvəlki il zərər olub), sair gəlirləri 176 min manat (11,4% çox), inzibati xərcləri 169 min manat (2,1 dəfə çox), dəyərsizləşmə üzrə zərəri 24 min manat (3,4 dəfə çox) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 390 min manat olub ki, bu da illik müqayisədə 25,8% çoxdur.

Ötən il “Ekolizinq” əvvəlki illə müqayisədə 30,65% çox – 81 min manat mənfəət vergisi ödəyib və ili 308 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 24,2% çoxdur. 

Son xəbərlər

Orphus sistemi