Yuxarı

Azərbaycanda əhalinin bank əmanətləri 566 mln. manat azalıb

İlin əvvəlindən bank sektorundakı əmanətlər 14% azalıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il mart ayının 1-nə 8 077,3 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 566 mln. manat və ya 6,5% azalıb. 

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 987,8 mln. manat və ya 13,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 144,6 mln. manat və ya 1,8% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi