Yuxarı

Əfqan Cəlilov: “AGBank”ın hər hansı bankla birləşməsi müzakirə olunmur"

Əfqan Cəlilov: “AGBank”ın hər hansı bankla birləşməsi müzakirə olunmur"

“AGBank”ın sədri Əfqan Cəlilov

Bakı. 15 mart. REPOR.AZ/ “AGBank” ASC iqtisadi marağı olduğu halda başqa bankla konsolidasiyaya gedə bilər. Ancaq, sadəcə, konsolidasiya etmək xatirinə konsolidasiya mənasız bir şeydir".

“Report”un verdiyi xəbərə görə, bunu Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib. 

O bildirib ki, hazırda hər hansı bankla birləşmək müzakirə olunmur. 

“Olsa, təbii ki, normal prosesdir. İstənilən kommersiya qurumu buna öz marağı baxımından yanaşacaq. Hər hansı maraqlı təklif gəlsə, birləşmə nəticəsində hansısa güclü bir maliyyə qurumu yaranacaqsa, niyə də yox?! Birləşmə müsbət porosesdir. Ancaq, təəssüf ki, birləşmə həmçinin iki böyük problemli bankın birləşməsi ilə bir böyük problemli bankın yaranması kimi də ola bilər. Bundan başqa, hər hansı güclü bank zəif bankı özünə birləşdirə bilər. Burada da məqsəd onun müştəri bazasını əldə etmək ola bilər. Sadəcə, birləşmə xatirinə birləşmə etməyin mənası yoxdur”, - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, “AGbank” artıq 7 mln. manatlıq kapital artımı elan edib və səhmlərə maraq göstərən şəxslər bunun üçün müraciət edirlər: "3 ay ərzində bu proses baş verməlidir. Bundan sonra real kapital artımı olacaq. Hansı səhmdarlar əlavə kapital qoyub, yeni səhmdar kimlərdir, bu proses bitəndən sonra pay bölgüsünün dəyişib-dəyişmədiyi bilinəcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi