Yuxarı

​Əcnəbiləri və vətəndaşlığı olmayanları işə götürənlər bir il üçün 1000 manat ödəyir

Bu məbləğ işəgötürən tərəfindən ödənilir

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə ödənilən haqq 3 ayadək müddət üçün 350 manatdır.

"Report" Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, bu məbləğ 6 ayadək 600, 1 ilədək isə 1000 manat həcmindədir.

Qeyd olunan məbləğ işəgötürən tərəfindən ödənilir.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə isə 150 manat məbləğində vəsait ödənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi