ECB və Yunanıstan avronun məzənnəsini ucuzlaşdırır

ECB və Yunanıstan avronun məzənnəsini ucuzlaşdırır Proqnoz: Məzənnə 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilər
Maliyyə
30 May , 2017 18:06
ECB və Yunanıstan avronun məzənnəsini ucuzlaşdırır

Bakı. 30 may. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draginin açıqlamaları və Yunanıstanın maliyyə problemlərinin həllini tapa bilməməsi avronun qlobal valyuta bazarında ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, mayın 29-da ECB-nin sədri M.Draginin Avropa Parlamentində bölgə iqtisadiyyatı və monetar siyasət barədə çıxışı olub. Bu çıxış zamanı Avrozona iqtisadiyyatının zəif inkişafı nəzərə alınaraq monetar ekspansiyanın davam etməsi və uçot dərəcəsinin minimal səviyyədə saxlanması zərurəti vurğulanıb. Bununla yanaşı Almaniyanın "Bild" qəzetindən yayılan məlumata görə, Yunanıstan hökuməti bildirib ki, əgər ölkə kreditorları onun borc yükünü yüngülləşdirməsə, ölkə maliyyə yardımı çərçivəsində növbəti kredit ödənişini həyata keçirməyə bilər. Qeyd edək ki, Yunansıtan iyul ayına qədər 7,5 mlrd. avro borc ödəməlidir. Lakin KİV-də yayılan məlumata görə, Yunanıstan maksimum 5 mlrd. avro ödəmək qabiliyyyətindədir.

Bu iki mənfi xəbər avronun məzənnəsinə təzyiqləri artırıb. Dünən, mayın 29-da 1,1200 USD/EUR səviyyəsində olan məzənnə 1,1110 USD/EUR-a qədər geriləyib. "Report"un analitik qrupu ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də uçot dərəcəsini artırmasi ehtimalının 80% olduğunu nəzərə alsaq, dolların avroya qarşı möhkəmlənərək 1,10 USD/EUR səviyyəsindən də aşağı düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi