Yuxarı
    Bağlamaq

    ECB: Monetar stimullaşdırma sentyabrda tamamilə dayandırıla bilər

    Avrodanun dollara qarşı məzənnəsinin artımı davam edə bilər
    © Michael H. Sterzenbach/Goodstock

    Bakı. 16 yanvar. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) yay aylarına qədər açıqlamalarının istiqamətini dəyişdirməli və sentyabr ayından etibarən monetar stimullaşdırma proqramını tamamilə dayandırılmasına hazırlıq görməlidir. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamaları ECB-nin İdarə Heyətinin üzvü Ardo Hansson Almaniyanın "Boersen-Zeitung" qəzetinə müsahibəsində verib.

    Hansson ECB-nin hazırkı mövqeyini dəstəkləsə də, gələcəkdə atacağı addımlara indidən hazırlaşmalı olduğunu bildirib: "Monetar stimullaşdırmanın dayandırılması üçün bir çox səbəb var. İqtisadi artım və inflyasiya proqnozlarımız öz yerini taparsa, sentyabrdan istiqraz alışının dayandırılması doğru addım olacaq".

    Bu açıqlamadan sonra avronun dollarla müqayisədə məzənnəsi 1,23 USD/EUR səviyyəsinə qədər yüksələrək, son 37 ayın maksimal həddinə çatıb. 

    "Report"un analitik qrupu möhkəmlənmənin bu sürətlə davam etməsi durumunda məzənnənin qısa müddətdə 1,26 USD/EUR-a qədər yüksələ biləcəyini istisna etmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi