​EBRD “Pegasus” üçün 3 təyyarə alır

​EBRD “Pegasus” üçün 3 təyyarə alır Bank şirkətə 100 mln. avro təminatlı kredit ayırmağı nəzərdə tutur
Maliyyə
1 İyun , 2016 20:30
​EBRD “Pegasus” üçün 3 təyyarə alır

Bakı. 1 iyun. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyənin “Pegasus” Hava Taşımacılığı AS" şirkətinə 100 mln. avro təminatlı kredit ayırmağı nəzərdə tutur. 

“Report”un EBRD-dən əldə etdiyi məlumata görə, ayrılacaq kreditə 3 ədəd “Airbus” şirkətinin “A320NEO” təyyarəsi alınacaq.

Məlumatda deyilir ki, iyulun 6-da EBRD-nin ayırması gözlənilən kredit digər kommersiya tərəfdaşları ilə birgə şirkətin 2016-2017-ci illərdə alacağı 9 təyyarə sırasında olacaq.

Qeyd edək ki, “Pegasus” şirkəti 2023-cü ilə qədər 100 təyyarə almağı planlaşdırır ki, onlardan 75-nin alınacağı dəqiqləşib. Alınacaq təyyarələrdən 58-i “A320neo”, 17-i isə A321neo“ olacaq. Şirkət bu təyyarələr üçün ümumilikdə 12 mlrd. avro xərcləmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi