Yuxarı
    Bağlamaq

    EBRD-nin yeni rəhbəri Azərbaycana oktyabrda gələcək

    İvana Duarte rəsmi olaraq öz vəzifəsinin icrasına oktyabrın 15-də başlayacaq

    Bakı. 26 avqust. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə yeni ölkə meneceri İvana Duartenin rəsmi işə başlayacağı tarix məlum olub. “Report” xəbər verir ki, EBRD-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin 3 il müddətində bu vəzifəni icra edəcəyi planlaşdırılır, amma bu müddətin uzadılması da mümkündür.

    Məlumata görə, İ.Duarte rəsmi olaraq öz vəzifəsinin icrasına oktyabrın 15-də başlayacaq.

    Xatırladaq ki, EBRD-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Nil Makkeyn (Neil McCain) ötən ay işdən çıxıb və Bankın Bişkekdəki (Qırğızıstan) ofisinin direktoru təyin edilib.

    Qeyd edək ki, İ.Duarte 2004-cü ilin aprelindən EBRD-də işləyir. Bankın nəqliyyat layihələri üzrə rəsmisi kimi İ.Duarte Almaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Rusiya, Türkiyə və Tacikistanda bir sıra layihələrin reallaşdırılmasında çalışıb. Hazırda o, EBRD-nin rəsmisi kimi Mərkəzi Avropa, Türkiyə, İordaniya və Mərakeşdəki nəqliyyat layihələrinə nəzarət edir.

    İ.Duarte EBRD-dən öncə bir müddət “Citigroup”un London ofisində investisiya bankçılığı və layihə maliyyələşməsi üzrə məsələlərlə məşğul olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi