​EBRD Gürcüstanda illik toplantı keçirəcək

​EBRD Gürcüstanda illik toplantı keçirəcək Tədbirdə 250-dən çox yerli və xarici qonağın iştirakı gözlənilir
Maliyyə
26 Yanvar , 2016 14:56
​EBRD Gürcüstanda illik toplantı keçirəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Fevralın 16-17-də Tbilisidə (Gürcüstan) III illik Cənubi Qafqaz İnfrastruktur və Yeni Enerji Sammiti keçiriləcək. "Report"un Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) əldə etdiyi məlumata görə, tədbirdə 250-dən çox yerli və xarici qonağın iştirakı gözlənilir.

Beynəlxalq maliyyə institutlarının rəhbərləri, iş adamları, bank sahiblərinin qatılacağı sammitdə EBRD-ni Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə enerji və bank məsələləri üzrə əsas məsləhətçisi David Manaqadze, Bələdiyyə və Ətraf mühit Assosiasiyasının direktoru Katarina Byorlin Hansen (Catarina Bjorlin Hansen) təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi