Yuxarı

​EBRD: Bu il Azərbaycanda dövlət sektorunun ÜDM-də payı daha da azalacaq

EBRD 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 3%, inflyasiyanın isə 5% olacağını düşünür

Bakı. 11 noyabr. REPORT.AZ/ Dünya bazarında neft qiymətinin düşməsi 2014-cü ildə Azərbaycanın iqtisadi artım tempini 2,8 faiz bəndi azaldıb. Belə ki, 2013-cü ildə iqtisadi artım tempi 5,8% olub. "Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hazırladığı "Transition report 2015-2016" hesabatında məlumat verilib.

Hesabata görə, Azərbaycanın qeyri-neft sektorunda da inkişaf 2014-cü ildə əvvəlki ilə nisbətən zəifləyib. Bu ilin ilk 9 ayında ÜDM-in artımı 3,7% təşkil edib və ÜDM-də qeyri-neft sektorunun payı 6,4 faiz bəndi artıb.

EBRD 2015-ci il üçün Azərbaycanda ÜDM artımının 3%, inflyasiyanın 5% civarında olacağını açıqlayıb. Qeyd edək ki, ötən il ÜDM artımı 2,8%, inflyasiya isə 1,4% olub.

EBRD həmçinin bu il ÜDM-də dövlət sektorunun payının 7,9 faiz bəndi azalacağını, cari hesab balansının həcminin isə 3% artacağını proqnozlaşdırdığını elan edib. Azərbaycan iqtisadi artımında birbaşa xarici investisiyaların (FDI) payı isə 3 faiz bəndi azalacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ilə bağlı məsələlərə toxunan bank ötən ilin noyarında AMB-nin konvertasiya olunmuş valyuta ehtiyatlarının 13,2 mlrd. ABŞ dolları olduğunu, apreldə isə onun 4,4 mlrd. dollara düşdüyünü açıqlayıb. Avqustda isə bu rəqəm 5,3 mlrd. dollara qədər artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi