Yuxarı

EBRD “Aztelekom”un auditini keçirilməsinə vəsait ayırıb - EKSKLÜZİV

​EBRD “Aztelekom” üçün 124 min avro vəsait ayırıb

84

​EBRD “Aztelekom” üçün 124 min avro vəsait ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Aztelekom” MMC-nin auditini aparmaq üçün "PricewaterhouseCoopers” (PwC) audit şirkətinə 74 min avro pul ödəyəcək. 

“Report”un məlumatına görə, 2019-2020-ci illərdə həyata keçiriləcək bu audit yoxlamasının nəticəsi “Aztelekom”un reallaşdıracağı layihənin Bank tərəfindən maliyyələşdirilməsinə təsir edəcək.

Məlumatda deyilir ki, bundan əlavə EBRD “Aztelekom” üçün Rusiyadan dəvət edəcəyi konsultanta 50 min avro xərcləyəcək. Belə ki, təchizatçı bu vəsaitin qarşılığında Azərbaycanın mövcud tender qanunvericiliyini araşdıracaq və EBRD-nin təchizatla bağlı tələblərinə uyğun olub-olmamasını yoxlayacaq.

"74 min avro ölkədə genişzolaqlı infrastrukturdan daha yaxşı və daha effektiv istifadəni təşviq etmək üçün ən yaxşı təcrübənin müəyyənləşdirilməsinə və tətbiq edilməsinə kömək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün nəzərdə tutulub. Bu, İKT sektoruna investisiya yatırılmasına töhfə verəcək", -  EBRD-dən bildirilib.

Xatırladaq ki, Azərbaycan regionlarının əsas stasionar telefon və internet təchizatçısı olan “Aztelekom” 10 regionda fiber-optik internet şəbəkəsinin yaradılmasını təşkil edəcək. “Aztelekom”dan “Report”a hazırda layihə üzərində iş aparıldığı bildirilib: “Hazırda işlər gedir. Bu səbəbdən də layihənin əhatə dairəsi və investisiya dəyəri haqqında məlumat verə bilmərik. Onu deyə bilərik ki, qeyd edilən regionlar arasında Şirvan, Mingəçevir və Lənkəran kimi iri şəhərlər var”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi