Yuxarı

"E&Y": Rusiyalı emitentlərin istiqraz emissiyası 31% azalıb

Emitentlərin sayı isə son bir ildə 170-dən 147-yə enib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin ilk 9 ayında Rusiyadan olan eminentlərin adi və avro ilə istiqraz (avrobond) buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə "Ernst & Young" (E&Y) beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri çıxış ediblər.

Onların sözlərinə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Rusiya şirkətləri bütün dünya üzrə 34,02 mlrd. dollar məbləğində istiqraz emissiya edib. Qiymətli kağızları 147 şirkət buraxıb. Halbuki, 2015-ci ilin eyni dövründə bu rəqəm 170 olub.

Buraxılmış istiqrazların 23,6 mlrd. dollarlıq hissəsi adi istiqrazların payına düşüb. Bunun isə 23 mlrd. dollarlıq hissəsi Moskva Fond Birjasında yerləşdirilib. Məlumat üçün bildirək ki, 1 il əvvəl Rusiyada adi istiqrazların emissiya həcmi 41,2 mlrd. dollar olub.

Rusiyalı emitentlər avro ilə buraxdıqları istiqrazları isə əsasən İrlandiya Fond Birjasında satışa çıxarıb. Birjada 13 şirkət 8,6 mlrd. dollarlıq avrobond yerləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi