Yuxarı

Dünyanın iri bankları yeni rəqəmsal valyuta yaratmağa hazırlaşır

Yeni valyuta 2018-ci ildən sonra istifadə ediləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Dünyanın 4 iri banklarından sayılan İsveçrənin "UBS", Almaniyanın "Deutsche Bank", İspaniyanın "Santander " və ABŞ-ın "BNY Mellon" bankları yeni rəqəmsal valyuta tərtib etmək üçün birgə fəaliyyət qərarı alıblar. 

"Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi məlumatın avqustun 24-də günorta saatlarında verilməsi gözlənilir.

İsveçrənin "UBS" bankı yaradılması planlaşdırılan rəqəmsal valyutanın ilk təşəbbüskarı olub və digər 3 bankla bərabər Britaniyanın İCAP broker şirkəti ilə birləşmək qərarı alıb. Ortaqlar bildiriblər ki, yeni yaradılan valyuta blokçeyn (blockchain) texnologiyaları vasitəsilə maliyyə əməliyyatlarının tənzimlənməsi və klirinq əməliyyatları üçün yeni standartlar gətirəcək. 

Xatirladaq ki, blokçeyn rəqəmsal texnologiyalarda əməlyyatların uçot və statistika qeydiyyatı mərkəzi kimi bilinir.

Yeni valyuta haqqında "Santander" bankın nümayəndəsi bildirib ki, bu gün banklarla maliyyə təşkilatları arasında ticarət mürəkkəb, vaxt aparan və xərc tələb edən bir prosesdir: "Buna görə də bizim böyük əməliyyat ofislərimiz mövcuddur. Məhz bu səbəbdən yeni valyuta, iş effektivliyinin artırılması və rasionallaşdırılmasına səbəb olacaq".

Yeni rəqəmsal valyutanın kommersiya məqsədilə istifadəsinin 2018-ci ildən tez olamayacağı proqnozlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi