Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında dəyişiklik baş verib

Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında dəyişiklik baş verib ABŞ 19,4 trln. dollarlıq iqtisadiyyatla dünya lideridir
Maliyyə
23 Noyabr , 2017 11:06
Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında dəyişiklik baş verib

Bakı. 23 noyabr. REPORT.AZ/ Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında Böyük Britaniya 5-ci sıradakı yerini Fransaya verməli olub. 

"Report" CNN telekanalına istinadən xəbər verir ki, bu açıqlamanı Fransa Xəzinədarlığının katibi Filip Hammond (Philip Hammond) verib.

F.Hammond Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən bildirib ki, Fransa reytinq sıralamasında 2,575 trln. dollarlıq iqtisadiyyatı ilə 2,565 trln. dollarlıq iqtisadiyyata sahib olan Böyük Briytaniyanı ötüb. Xəzinədarlıqdan verilən açıqlamaya əsasən, bu iki ölkənin iqtisadiyyatları arasında fərqin az olmasına baxmayaraq, 2018-ci ildə Fransanın mövqeyinin möhkəmlənməsi proqnozlaşdırılır.

Hammonda görə, statistika Britaniya iqtisadiyyatının kəskin yavaşladığını göstərir. Buna səbəb Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) prosesidir. Nəticədə, funt sterlinqin məzənnəsi azalıb, istehlak xərcləri geriləyib, qymətlər isə əksinə, artıb.

IMF-in hesabatına görə, dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında 19,4 trln. dollarla ABŞ iqtisadiyyatı liderlik edir. İkinci sırada Çin (11,9 trln. dollar), 3-cü sırada Yaponiya (4,9 trln. dollar), 4-cü sırada isə Almaniya (3,7 trln. dollar) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi