Dünyanın ən böyük maliyyə mərkəzləri açıqlanıb

Maliyyə
  • 12 sentyabr, 2018
  • 15:19
Dünyanın ən böyük maliyyə mərkəzləri açıqlanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Dünyanın ən böyük maliyyə mərkəzləri açıqlanıb. 

“Report” "İz.ru"ya istinadən xəbər verir ki, "Global Financial Centres İndex" reytinqinə ABŞ-ın Nyu-York şəhəri başçılıq edir. 

İkinci pillədə əvvəlki lider London, üçüncü yerdə isə Honkonq şəhərləri qərarlaşıb. Sonrakı yerləri Sinqapur və Şanxay tutub. 

Sənəddə qeyd olunub ki, son bir neçə ildə Asiya-Sakit okean regionundakı mərkəzlər çox müsbət dinamika göstərirlər. 

Son xəbərlər

Bütün Xəbər Lenti