Yuxarı

Dünya bazarında qızıl və avro ucuzlaşıb

Avropa fond bazarında indekslər də ucuzlaşıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,08% ucuzlaşaraq 17 798,49 bənd, S&P 500 0,06% irəliləyərək 2 090,11 bənd, Nasdaq isə 0,22% artaraq 5 127,52 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% ucuzlaşaraq 6 375,15 bənd, Fransa CAC-40-ı 0,32% ucuzlaşaraq 4 930,14 bənd, Almaniya DAX-ı isə 0,24% geriləyərək 11 293,76 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,26% azalaraq 1 056,20 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0593 (-0,16%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi