Dünya bazarında qızıl bahalaşmaqda davam edir

Dünya bazarında qızıl bahalaşmaqda davam edir İndekslər isə ucuzlaşıb
Maliyyə
6 Fevral , 2016 09:24
Dünya bazarında qızıl bahalaşmaqda davam edir

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,29% ucuzlaşaraq 16 204,97 bənd, S&P 500 1,85% azalaraq 1 880,05 bənd, Nasdaq isə 3,25% geriləyərək 4 363,15 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,86% ucuzlaşaraq 5 848,06 bənd, Fransa CAC-40-ı 0,66% azalaraq 4 200,67 bənd, Almaniya DAX-ı isə 1,14% geriləyərək 9 286,23 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,54%, yaxud 17,81 dollar artaraq 1 173,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1159 (-0,45%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi