Yuxarı

​Dünya bazarında qızıl 14 dollar ucuzlaşıb

Bazarda avronun dollara qarşı məzənnəsi isə 1,1275-ə çatıb

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 22-də Amerika fond bazarında heç bir dəyişiklik müşahidə edilməyib və ötən həftənin sonunda olduğu kimi "Dow Jones" indeksi 18 015,95 bənd, S&P 500 2 109,99 bənd, Nasdaq isə 5 117,00 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında isə FTSE 100 indeksi 1,72% irəliləyərək 6 825,67 bənd, Fransa CAC-40-ı 3,81% artaraq 4 998,61 bənd, Almaniya DAX-ı isə 3,81% geriləyərək 11 460,50 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 13,6 dollar yaxud 1,13% azalaraq 1 186,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1275 (+0,69%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi