Yuxarı

Avro və qızılın bahalaşması davam edir

Qərbin əsas fond indeksləri irəliləyib

Bakı. 15 may. REPORT.AZ/ Mayın 14-də Amerika fond bazarında Dow Jones indeksində 1,06% artım müşahidə olunub və 18 252,24 bənd təşkil edib. S&P 500 1,08% irəliləyərək 2 121,80 bənd, Nasdaq isə 1,39% artaraq 5 050,80 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,34% irəliləyərək 6 973,04 bənd, Almaniya DAX-ı 1,84% artaraq 11 559,82 bənd, Fransa CAC-40-ı isə 1,36% irəliləyərək 5 029,31 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,54% artaraq 1 219,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1407 (+0,46%) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi