Yuxarı

Dünya bazarında avro və qızıl bahalaşıb

Avropa və Amerika fond indeksləri fərqli dinamika nümayiş edib

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 27-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,28% bahalaşaraq 18 041,55 bənd, "S&P 500" indeksi 0,16% artaraq 2 095,15 bənd, "Nasdaq" isə 0,51% geriləyərək 4 863,14 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,56% bahalaşaraq 6 319,91 bənd, Fransa "CAC-40"-ı 0,58% azalaraq 4 559,40 bənd, Almaniya DAX-ı isə 0,39% irəliləyərək 10 299,83 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% bahalaşıb və 1 250,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1335 (+0,30%) təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi