Yuxarı

Avro yenidən bahalaşıb

Qızıl isə tədricən ucuzlaşır

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 21-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,63% ucuzlaşaraq 17982,52 bənd, "S&P 500" 0,52% azalaraq 2 091,48 bənd, "Nasdaq" isə 0,05% geriləyərək 4 945,89 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% ucuzlaşaraq 6 381,44 bənd, Fransa CAC-40-ı 0,20% azalaraq 4 582,83 bənd, Almaniya DAX-ı isə 0,14% irəliləyərək 10 435,73 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,14% ucuzlaşıb və 1 248,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1297 (+0,08%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi