Yuxarı

Dünya bazarında qızıl ucuzlaşıb

İndekslər isə bahalaşıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,85 % bahalaşaraq 16 776,43 bənd, S&P 500 1,83% artaraq 1 987,05 bənd, Nasdaq isə 1,56% yüksələrək 4 781,27 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,76% bahalaşaraq 6 298,92 bənd, Fransa CAC-40-ı 3,54% artaraq 4 616,90 bənd, Almaniya DAX-ı isə 2,74% bahalaşaraq 9 814,79 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 2 dollar, yaxud 0,18% ucuzlaşaraq 1 135,60 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1184 (-0,04%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi