Dünya Bankının missiyası Azərbaycana gələcək

Dünya Bankının missiyası Azərbaycana gələcək Anjela Priqojinanın səfəri martın 1-dək davam edəcək
Maliyyə
7 Fevral , 2017 13:07
Dünya Bankının missiyası Azərbaycana gələcək

Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 19-da Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

"Report"un əldə etdiyi məlumata görə, A.Priqojinanın səfəri martın 1-dək davam edəcək.

Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası, Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bankın rəhbərliyi ilə görüşü gözlənilir.

A.Priqojinanın səfəri “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin ikinci hissəsinin başlaması ilə əlaqədardır. Layihənin ikinci hissəsini İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatı (SECO) reallaşdırır. Layihənin WB tərəfindən reallaşdırılan birinci hissəsinin ümumi dəyəri 5 mln. ABŞ dolları civarında olub.

Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycanda ötən ilin noyabrında olub.

Son xəbərlər

Orphus sistemi