Yuxarı

​Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələri üçün tədbir keçirib

Tərəfdaş ölkələr Polşa təcrübəsini öyrənməyə hazırdır

Bakı. 22 iyun. REPORT.AZ/ Dünya Bankı (DB) Polşa Xarici İşlər, Gürcüstanın Maliyyə, habelə İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirlikləri ilə birgə iki günlük bilik mübadiləsi tədbiri keçirib. "Report"un DB-nin Bakıdakı ofisinə istinadən verdiyi xəbərə görə, tədbir Polşa Qlobal İnkişaf Tərəfdaşı layihəsi çərçivəsində Polşa, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna dövlətləri arasında baş tutub.

Tədbirin xüsusi məqsədi Polşa və "Şərq Tərəfdaşlığı" ölkələrinin ali vəzifəli texniki şəxsləri arasında təcrübə mübadiləsi aparmaqdır və bu tərəfdaş ölkələrin qərar qəbul edən şəxsləri arasında təşviq ediləcək.

Təşkilatçılar bu təcrübə proqramının makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün iqtisadi islahatlara yol açacağını, yerli təşkilatların daha yaxşı ictimai xidmətlər göstərməsinə şərait yaradacağını və qarşılıqlı təcrübə mübadiləsi üçün neytral forumun yaradılmasını təmin edəcəyini düşündüklərini açıqlayıblar.

"Bugünkü seminarın əsas mövzusu mərkəzdən uzaqlaşma olub ki, Polşa da buna uğurla nail olub. "Şərq Tərəfdaşlığı" ölkələrində islahatlar gündəmdə olan əsas məsələdir", - Polşanın Gürcüstandakı səfiri Andji Cieşkovski (Andrzej Cieszkowski) deyib.

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali (Henry Keraly) deyib ki, tərəfdaş ölkələr Polşa təcrübəsini öyrənməyə hazırdır və bu tədbir öz ölkələrinin təcrübəsinin bölüşməsinə də kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi