Yuxarı

​Dünya Bankı inkişafda olan ölkələrə yardım edəcək

Bunun üçün isə Bank kapitalını artırmalıdır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Dünya Bankının (DB) rəhbəri Cim Yen Kim Bankın kapitalını artırmalı olduğunu bildirib. "Report" xəbər verir ki, "Financial Times" qəzetinə müsahibə verən C.Y.Kim inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının zəifləməsi səbəbindən DB-nin daha çox kapitala ehtiyac duyacağını qeyd edib.

Müsahibəsində Kim, BMT-nin yeni inkişaf agentliyinin ehtiyacı olduğu bir neçə trilyon dollar vəsaitin maliyyələşməsi üçün bir sıra işlər görməsinin zəruriliyindən danışıb. O, DB-nin bu vəsaitlə inkişaf etməkdə olan ölkələrdə iqtisadi zəifləmə dövründə bir sıra layihələrə dəstək verməklə bu ölkələrin iqtisadi inkişafına kömək edəcəyini planlaşdırıldığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi