​Dünya Bankı inkişafda olan ölkələrə yardım edəcək

​Dünya Bankı inkişafda olan ölkələrə yardım edəcək Bunun üçün isə Bank kapitalını artırmalıdır
Maliyyə
5 Oktyabr , 2015 13:31
​Dünya Bankı inkişafda olan ölkələrə yardım edəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Dünya Bankının (DB) rəhbəri Cim Yen Kim Bankın kapitalını artırmalı olduğunu bildirib. "Report" xəbər verir ki, "Financial Times" qəzetinə müsahibə verən C.Y.Kim inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının zəifləməsi səbəbindən DB-nin daha çox kapitala ehtiyac duyacağını qeyd edib.

Müsahibəsində Kim, BMT-nin yeni inkişaf agentliyinin ehtiyacı olduğu bir neçə trilyon dollar vəsaitin maliyyələşməsi üçün bir sıra işlər görməsinin zəruriliyindən danışıb. O, DB-nin bu vəsaitlə inkişaf etməkdə olan ölkələrdə iqtisadi zəifləmə dövründə bir sıra layihələrə dəstək verməklə bu ölkələrin iqtisadi inkişafına kömək edəcəyini planlaşdırıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi