​Dünya Bankı Azərbaycandakı ölkə menecerini Afrikaya göndərir

​Dünya Bankı Azərbaycandakı ölkə menecerini Afrikaya göndərir Larisa Leşçenko bundan sonra fəaliyyətini Liberiyada davam etdirəcək
Maliyyə
7 İyun , 2016 11:27
​Dünya Bankı Azərbaycandakı ölkə menecerini Afrikaya göndərir

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun sonunda Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bitir. “Report”un əldə etdiyi məlumata görə, DB rəsmisi bundan sonrakı fəaliyyətini Liberiyada (Qərbi Afrika) davam etdirəcək.

L.Leşçenkonun Liberiyada səlahiyyətlərinin icrasına yayın sonu-payızın əvvəlində başlayacağı və bu ölkədə ilkin olaraq 3 il çalışacağı deyilir.

Xatırladaq ki, L.Leşçenko 2012-ci ildə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayıb. İlk 3 illik fəaliyyət müddəti bitdikdən sonra DB praktikasına uyğun olaraq onun Azərbaycandakı səlahiyyətləri 1 il də artırılıb.

Son xəbərlər

Orphus sistemi