Yuxarı

​Dünya Bankı Azərbaycanda yeni kreditləşmə formalarının tətbiqini təklif edir

Ekspertlər: Azərbaycanda əksər zəmanətli kreditlərin daşınmaz əmlaka əsaslanması müəyyən problemlər yaradır

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin olunur və bu maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. "Report"un məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederesiyasının (ASK) prezidenti Məmməd Musayev qurumun Dünya Bankı (DB) ilə birgə yeni icrasına başladığı "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı mətbuat konfransında bildirib.

M.Musayevin sözlərinə görə, ASK-nın bu sahədə DB ilə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək.

Tədbirdə iştirak edən beynəlxalq ekspert Simon Tompson isə deyib ki, bu gün ənənəvi bankçılıqda kreditin verilməsi real valyuta dövriyyəsinə əsaslanır və bu, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün müəyyən problem yaradır: "Bunun daha asan və əlverişli mexanızmi hazırlanmalıdır".

DB nümayəndəsi Qamar Saleem isə hazırda ölkədə olan maliyyə təşkilatlarının əksəriyyəti ilə əməkdaşlıq etmələrindən danışıb. Onun sözlərinə görə, hazırda Azərbaycandakı təsərrüfat subyeklərinin 70%-dən çoxu özəl sektorun payına düşür: "Biz maliyyələşdirmənin bir neçə istiqamətdə aparılmasını təklif edirik. Birincisi - debitor kreditləridir. Digəri isə diler kreditləridir ki, bunun da hər ikisi ilə bağlı danışıqlar aparılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi