Yuxarı
    Bağlamaq

    Dünya Bankı: Azərbaycanda kapital bazarı üçün yaradılmış infrastrukturdan səmərəli istifadə olunur

    Rolf Bernt: Kapital bazarı yerli və xarici investisiyaların cəlb olunması üçün əsas alətlərdən biridir

    Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin may ayında Cənubi Koreya mütəxəssislərinin köməyi ilə Azərbaycanda kapital bazarı üçün müasir ticarət platforması yaradılıb, əməliyyat sistemi təkmilləşdirilib və bu, bazarın inkişafı üçün çox vacibdir. “Report” xəbər verir ki, bunu maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berdt (Rolf Berhndt) təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin nəticələrinə həsr olunmuş bugünkü tədbirdə deyib.

    Onun sözlərinə görə, bir qədər əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları daxili kapital bazarına çıxarılıb və uğurla yerləşdirilib: “Bu, yaradılmış infrastrukturdan səmərəli istifadə edildiyini göstərir”.

    “Kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması, xarici birbaşa investisiyaların artımı, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşmə üçün çox vacibdir. Kapital bazarı yerli və xarici investisiyaların cəlb olunması üçün əsas alətlərdən biridir, amma o, cəmləşdirilmiş səyləri və vaxtında keçirilən kompleks islahatları tələb edir”, - deyə R.Bernt qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi