DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası yoxlanılıb

DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası yoxlanılıb Audit tədbirinin nəticəsi barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb
Maliyyə
30 Mart , 2017 10:39
DSMF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası yoxlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət tədbiri üzrə hesabat müzakirə olunub.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Kollegiya iclasında nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumuna təqdimatın göndərilməsi və audit tədbirinin nəticəsi barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi