​Dow Jones və S&P 500 indeksləri yeni rekord həddə çatıb

​Dow Jones və S&P 500 indeksləri yeni rekord həddə çatıb Qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 192,60 dollara düşüb
Maliyyə
19 Noyabr , 2014 05:37
​Dow Jones və S&P 500 indeksləri yeni rekord həddə çatıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 17 688 bəndədək, S&P 500 0,5% - 2 052 bəndədək, Nasdaq 0,7% - 4 702 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, beləliklə, Dow Jones və S&P 500 indeksləri tarixi maksimumunu yeniləyib.

Avropa fond bazarlarında noyabrın 18-də FTSE 100 indeksi 0,6% - 6 709 bəndədək, Almaniya DAX-ı 1,6% - 9 457 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 262 bəndədək yüksəlib.

Bu gün səhər saatlarına COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 192,60 dollar olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2517 dollar (-0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi