"Dow Jones" indeksi 300 bəddən çox düşüb

"Dow Jones" indeksi 300 bəddən çox düşüb Ötən bazar ertəsi bu indeks 1175 bənd azalıb
Maliyyə
9 Fevral , 2018 22:59
Dow Jones indeksi 300 bəddən çox düşüb

Bakı. 9 fevral. REPORT.AZ/ Amerikanın sənaye indeksi "Dow Jones" 311 bənd və ya 1,31 faiz azalaraq 23548 bəndə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, "S&P 500" indeksi 22 bənd və ya 0,86 faiz azalaraq 2558 bəndə, NASDAQ elektron birja indeksi 0,96 faiz və ya 66 bənd azalaraq 6708 bəndə düşüb.

Ötən gün sessiyanın sonuna qədər "Dow Jones" indeksi 1033 bənd və ya 4,15 azalaraq 23860 bəndə çatıb, ötən bazar ertəsi isə o, rekord dərəcədə - 1175 bənd azalaraq (4,6 faiz) 24 345 bəndə çatıb.

Son xəbərlər

Orphus sistemi