Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi artıb

    Nağd pul kütləsinin həcminin 6 mlrd. manata yaxın səviyyədə sabitləşməsi gözlənilir

    Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi iyun ayının 1-nə 6 244,3 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 5 aydır artım göstərir. Belə ki, ilin əvvəl ilə müqayisədə nağd pulun həcmi 827,5 mln. manat və ya 15,27% artıb. Keçən ayla müqayisədə isə artım 409,7 mln. manat və ya 7% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 885,1 mln. manat və ya 12,4% azalma göstərib.

    Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 2016-cı il iyunun 1-də açıqlanan göstərici tarixi maksimal həddən 4 900,1 mln. manat və ya 44% aşağıdır.

    "Report" İnformasiya Agentliyi ilin ikinci yarısından etibarən dövriyyədə olan nağd pul həcmindəki artımın dayanacağını və hətta bir qədər azalacağını proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan çəkmək niyyətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi