Yuxarı

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2015-ci il büdcəsini təsdiqləyib

Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat təsdiq edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərmanla Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi