Yuxarı

Dövlət istiqrazlarına tələb təklifi 3 dəfədən çox üstələyib

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin orta ölçülmüş qiyməti 98,3422 manat (6,8553%) təşkil edib

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101003512 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, hərrac zamanı 11 investor tərəfindən 20 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 67 259 700 manat təşkil edib. Sifarişlər 96,4427 AZN (14,9999%) - 98,4053 AZN (6,5902%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98,2847 AZN (7,0972%), orta ölçülmüş qiyməti 98,3422 AZN (6,8553%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 8-də (t+1) həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 4 oktyabr 2016-cı ildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi