Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
23 Yanvar , 2018 17:42
Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report”un BFB-yə istinadən verdiyi xəbərə görə, hərraca 18 investor 35 sifariş təqdim edib. Sifarişlərin qiyməti 85,7 manat (16,778%) - 88,943 manat (12,5%) arasında olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği isə 95 291 900 manat təşkil edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 87,7784 manat (13,9999%), orta ölçülmüş qiyməti 87,952 manat (13,7738%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 22 yanvar 2019-cu ildir.

Son xəbərlər

Orphus sistemi