"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişikliklər edib

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişikliklər edib Bununla bağlı qərarı baş nazirin birinci müavini imzalayıb
Maliyyə
15 Noyabr , 2017 00:38
Dövlət büdcəsinin tərtibi və icrası Qaydalarına dəyişikliklər edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na bir sıra əlavə və dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Əlavəyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək.

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi