Yuxarı

Azərbaycanda dövlət büdcəsinin icrasında 700 mln. manata qədər kəsir yaranıb

Dövlət büdcəsinin gəlirləri 6 133,8 mln. manat, xərcləri 6 821,5 mln. manat təşkil edib

Bakı. 14 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 133,8 mln. manat, xərcləri 6 821,5 mln. manat təşkil edib. "Report"un Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən verdiyi xəbərə görə, büdcənin icrasında 687,7 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb.

2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 5 453,8 mln. manat, xərcləri 5 316,1 mln. manat təşkil edib, büdcənin icrasında 137,7 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,6%-i qədər profisit yaranıb.

Daxilolmaların 23,3%-i əlavə dəyər vergisi, 15,0 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 9,1 %-i fiziki şəxslərin gəlir vergisi, 4,6%-i aksizlər, 10,3%-i digər vergilər, 37,7%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 18,2%-i ümumi dövlət xidmətləri, 16,9%-i sosial müdafiə və sosial təminat, 14,8%-i təhsil və səhiyyə sahələrinin, 14,6%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 35,5%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi