Yuxarı

Dövlət büdcəsindən Milli Arxiv İdarəsinə ayrılan vəsaitin istifadəsi yoxlanılıb

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Milli Arxiv İdarəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunub.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi