Yuxarı

​Dollar sabah kəskin düşə bilər - PROQNOZ

Dərəcələrin artırılmasının inflyasiyanın və əmək haqqlarının artması faktorlarına bağlı olduğu bildirildi

Bakı. 23 mart. REPORT.AZ/ ABŞ Federal Rezerv Sisteminin (FRS) keçirdiyi Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından maliyyə bazarlarına önəmli açıqlamalar gəlib. "Report" xəbər verir ki, FRS rəhbəri Janet Yellen ABŞ-da uçot dərəcələrinin yüksəlməsi üçün işsizlik rəqəmlərinin müsbət olmasının kifayət etməyəcəyini söyləyib. Dərəcələrin artırılmasının inflyasiyanın və əmək haqqlarının artması faktorlarına bağlı olduğu bildirildi.

Qeyd edək ki, martın 24-də ABŞ-da fevral ayı üçün istehlak qiymətləri və real əmək haqqlarında dəyişiklik göstəriciləri açıqlanacaq. Yanvar ayında 0,7% azalan istehlak qiymətlərinin fevralda 0,2% artması proqnozlaşdırılır. Göstərici proqnozlara uyğun və ya daha yüksək olarsa dollar uçot dərəcələrinin daha erkən tarixdə artırılacağı gözləntisi ilə kəskin güclənə bilər. Proqnozlar özünü doğrultmazsa dolların kəskin düşüşə keçəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi