Yuxarı
    Bağlamaq

    ​Dollar bahalaşmağa başlayıb

    Prosesin gələn həftə davam edəcəyi gözlənilir

    Bakı. 6 noyabr. REPORT.AZ/ Bir neçə dəqiqə əvvəl açıqlanan ABŞ-da işsizlik göstəriciləri Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağını göstərir. "Report" xəbər verir ki, qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib. Bu rəqəmlə bərabər, işsizlik ABŞ-da 5,1%-dən 5,0%-ə geriləyib.

    Qeyd edək ki, "Report"un bir qədər öncə verdiyi proqnozlara paralel olaraq dollar güclənib və avronun məzənnəsi 1,0880 USD/EUR səviyyəsindən 1,4% azalaraq hazırda 1,0730 USD/EUR-a kimi geriləyib. Bununla bərabər, daha öncə verilən proqnozlara uyğun olaraq, qızılın qiyməti 1 108 dollar/unsiyadan 1,5% azalaraq 1 090 dollar/unsiyaya enib.

    "Report"un analitikləri hesab edirlər ki, bu azalmanın gələn həftə davam etməsi gözlənilir. Dollar/avro məzənnəsinin ilin sonuna qədər 1,04 USD/EUR, qızılın qiymətinin isə 1 000 dollar/unsiya səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.

    Azərbaycanın valyuta bazarında isə ABŞ dollarının 1,0520 AZN/USD, avronun isə 1,10 AZN/EUR həddinə yaxınlaşacağı ehtimal olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi