Yuxarı
    Bağlamaq

    Dollar ABŞ-da açıqlanan önəmli iqtisadi göstəricilər fonunda möhkəmlənib

    Report: Lakin bir qədər sonra dolların ucuzlaşması prosesi davam edəcək

    Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ dollarının dünya valyutaları ilə müqayisədə məzənnəsi möhkəmlənməyə başlayıb. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb bu gün Bakı saatı ilə 17:30-da açıqlanan iqtisadi göstəricilər olub. Belə ki, istehlak qiymətlərinin baza indeksi yanvar ayında illik müqayisədə 2,1% proqnoza qarşı 2,3% artıb. Aylıq müqayisədə isə bu göstərici 0,2% proqnozlaşdırıldığı halda 0,3% artım göstərib. Bununla yanaşı, ABŞ-da yanvar ayında pərakəndə satışların baza indeksi 0,4% proqnoza qarşı 0,8%, istehlak qiymətləri indeksi isə 0,3% aylıq artım proqnozuna qarşı 0,6% artıb.

    Pərakəndə satışların həcmi isə yanvarda 0,1% artım proqnozlaşdırıldığı halda 0,4% yüksəlib.

    Göstəricilərin açıqlanmasından sonra avronun məzənnəsi 0,5% zəifləyərək 1,0524 USD/EUR-ya düşüb. Dollar funt sterlinqlə müqayisədə 0,66% güclənərək 1,2385 USD/GBP-yə, Yaponiya yeninə qarşı isə 0,6% möhkəmlənərək 114,93 JPY/USD-yə çatıb.

    "Report"un analitik qrupu son 10 gün ərzində 3%-ə yaxın möhkəmlənən dolların bu göstəriciləri nəzərə aldığını hesab edir və  dolların yenidən ucuzlaşacağını ehtimal edir. 

    Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrin valyutalarına dolların möhkəmlənməsi demək olar, təsir göstərməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi