​Devalvasiya müharibəsinə inkişaf etmiş ölkələr də qoşulur

​Devalvasiya müharibəsinə inkişaf etmiş ölkələr də qoşulur Yaponiyada idxal sürətlə azalır
Maliyyə
25 May , 2015 14:52
​Devalvasiya müharibəsinə inkişaf etmiş ölkələr də qoşulur

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Yaponiyada açıqlanan xarici ticarət saldosunun rəqəmləri valyuta devalvasiyasının köməyi ilə istər ticarət, istərsə də büdcə kəsirlərini necə balanslaşdırmaq mümkün olduğunu ortaya qoyub. Belə ki, aprel ayında Yaponiyanın xarici ticarət kəsiri 53,4 mlrd. yen olub. Qeyd edək ki, gözləntilər bu göstəricinin 351 mlrd. yen olması istiqamətində idi.

"Report" xəbər verir ki, martda xarici ticarət in kəsiri 227,3 mlrd. yen olub və iqtisadçılar kəsirin aprel ayında artacağını proqnozlaşdırırdılar. Lakin Yaponiyanın milli valyutasını dünya bazarında devalvasiyası nəticəsində artan ixrac ticarət kəsirini kəskin azaldıb.

Qeyd edək ki, "Moody's Analytics" agentliyi bu göstərici açıqlanmadan əvvəl dərc etdiyi hesabatında kəsirin 300 mlrd. yen ətrafında olacağını proqnozlaşdırmışdır. Ancaq yenin bu zəifləməsi apreldə ixracı illik müqayisədə 8% artırıb. Proqnozlar isə artımın 6% olacağını göstərirdi.

İxrac mart ayında illik 8,5% artıb, idxal isə öz növbəsində illik 4,2% azalıb. Bununla yanaşı, idxal 14,5% azalıb (proqnoz - mənfi 1,1% olub).

Qeyd edək ki, yapon yeni 2011-ci ilin oktyabr ayından etibarən ABŞ dolları ilə müqayisədə zəifləmə tendensiyası göstərir. Məhz bu tarixdə məzənnə minimum səviyyəyə (75,55 JPY/USD ilə) kimi gerilədikdən sonra 61% artaraq bu gün 121,6 JPY/USD-yə çatıb. Bu məzənnə sonuncu dəfə 2007-ci ilin iyulunda qeydə alınıb. Bu ilin əvvəlindən etibarən isə məzənnə 1,7% artıb.

Son xəbərlər

Orphus sistemi