Yuxarı

"Deutsche Bank" 300 şöbəsini bağlayacaq

"Deutsche Bank" 300 şöbəsini bağlayacaq

Almaniyanın "Deutsche Bank"ı xərclərini azaltmaq üçün 6 min işçisini ixtisar edəcək və 300 şöbəsini bağlayacaq.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Bank qənaət etmək istədiyi illik məbləği 600 milyon avrodan 1 milyard avroya çatdırıb. Bundan başqa, maliyyə nəhəngi törəmə şirkəti "Postbank"ın da şöbələrini azaldaraq ildə 200 milyon avroya qənaət etməyi planlaşdırır.

Xatırladaq ki, ümumilikdə 91 min işçisi olan "Deutsche Bank" daha əvvəl 2022-ci ilə qədər, təxminən, 18 min işçisini ixtisar edəcəyini açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi