Yuxarı

​"Dəmirbank" yeni kredit aksiyasına başlayıb

Kreditin maksimal məbləği 15 min manat təşkil edir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC Novruz bayramı ilə əlaqədar "Baharın 17 günü" adlı kredit aksiyasına start verib. Aksiyanın şərtlərinə görə, müştərilər 15 min manatadək nağd pul kreditinin müddəti maksimum 48 ay olmaqla əldə edə bilərlər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit aksiyası martın 31-dək davam edəcək.

"Dəmirbank" əhaliyə ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri təqdim edir.

Bank 1989-cu ildə fəaliyyətə başlayıb, səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi