"Dəmirbank" yeni kampaniya keçirir

"Dəmirbank" yeni kampaniya keçirir Aksiya martın 3-dən 7-dək davam edəcək
Maliyyə
2 Mart , 2016 19:11
Dəmirbank yeni kampaniya keçirir

Bakı. 2 mart. REPORT.AZ/ “Dəmirbank” ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün hədiyyə aksiyasına start verib. “Report” Banka istinadən məlumat verir ki, sözügedən aksiya çərçivəsində “Dəmirbank” xanımlara ödənişləri asanlaşdıran və təhlükəsizliyi təmin edən plastik kartlar hədiyyə edir.

Belə ki, Bankın istənilən filialına müraciət edən xanım müştərilər istəklərinə uyğun olaraq 1 il müddətinə 1 ədəd debet kartı ("Visa Electron", "Visa Classic", "Maestro" və "MasterCard Standard") əldə edə bilərlər. Kampaniya martın 3-dən 7-dək davam edəcək.

Qeyd edək ki, “Dəmirbank” müştərilərin internet ödənişlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün plastik kartlarını "3D Secure" xidmətinə qoşub. Hər bir ödəniş zamanı, kart sahibinin mobil nömrəsinə avtomatik olaraq SMS şifrə göndərilir ki, bu əməliyyatların təhlükəsizliyini daha da artırır.

Son xəbərlər

Orphus sistemi